“iPhone”un real istismar müddəti müəyyənləşib

05 Mart 2018 - 11:42 | Maraqlı məlumatlar
“iPhone”un real istismar müddəti müəyyənləşib

ABŞ-ın “Asymco” təşkilatının mütəxəssisləri tədqiqat apararaq “iPhone” smartfonlarının maksimal istismar müddətini müəyyənləşdiriblər. Bu barədə təşkilatın rəsmi saytında deyilir.

life.ru saytının bildirdiyinə görə, ekspertlər indiyədək satılan və sıradan çıxan bütün “iPhone” smartfonları haqqında məlumatların təhlilini aparıblar. Məlum olub ki, 2 milyarddan çox satılan “Apple” smartfonunun 750 milyon nüsxəsi ya sıradan çıxıb, ya da ümumiyyətlə istismar olunmur.
 
Mütəxəssislər hesab edirlər ki, “iPhone” smartfonlarının istismar müddəti orta hesabla 4 il təşkil edir. Bunu smartfon istifadəçiləri arasında keçirilən sorğu da təsdiq edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.