Neyron şəbəkələrinin daşına bilən qurğularda işə salınması ideyası Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən süni intellekt mikroprosessorlarının ixtirasından sonra meydana çıxdı.
iot.ru saytının məlumatına əsasən, 3-7 dəfə böyük məhsuldarlığa malik yeni prosessor mövcud analoqları ilə müqayisədə 95% daha az enerji istehlakına malikdir. Məhz bu xüsusiyyətlər cib qurğularına enerji istehsalçısı neyroşəbəkələri quraşdırmağa imkan verir.
“IBM” şirkətinin prezidenti Dario Gilanın sözlərinə görə, alimlərin tətbiqi yaddaşın böyük massivləri ilə əməliyyatların çox dəqiq reallaşdırılmasında yeni cığırdır. İxtira Əşyaların İnternetinin portativ qadcetləri üçün daha mürəkkəb və dəqiq neyron şəbəkələrinin yaradılmasına imkan verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.