“Boston Dynamics”in robotları bir-birinə kömək etməyi öyrəniblər

15 Fevral 2018 - 09:00 | Maraqlı məlumatlar
“Boston Dynamics”in robotları bir-birinə kömək etməyi öyrəniblər

“Boston Dynamics” şirkətinin dördayaqlı “SpotMini” robotu öz “qohumlarına” kömək etməyi öyrənib. “Əlsiz” mexanizmlər “pəncələrin” – manipulyatorun köməyi ilə qapının dəstəyindən tutaraq onu aça bilən digər robotu yardıma çağıra bilir.

Qeyd edək ki, “Boston Dynamics” şirkəti Massaçusets Texnologiya İnstitutunun keçmiş professoru Mark Raybert tərəfindən 1992-ci ildə yaradılıb. Şirkətin robotları diribaşlıq, tarazlığı saxlama və dözümlülük qabiliyyətləri göstərərək “YouTube”da məşhurluq qazanıblar.

2017-ci ilin sonunda şirkət “SpotMini”nin metal “ayaqları” olan və “bədəni” zərif plastik panellərlə örtülmüş təkmilləşdirilmiş modelini təqdim etmişdi.

hitech.vesti.ru saytının məlumatına görə, bu robotlar elektrik mühərrikləri ilə hərəkətə gətirilir. Onun bəzi növləri ilan başını xatırladan uzun “qısqacla” təchiz edilib. Manipulyator “SpotMini”nin predmetləri tutmasına və yerini dəyişdirməsinə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.