4D-çap sahəsində sıçrayış edilib

14 Fevral 2018 - 09:46 | Texnoloji yeniliklər
4D-çap sahəsində sıçrayış edilib

İtaliyanın Milan Politexnik Universitetinin mütəxəssisləri 4D-çap sahəsində sıçrayış ediblər. Onlar 3D-printerdə çap edilmiş obyektləri zamanla formasını dəyişmələri üçün proqramlaşdıra biliblər.

robo-hunter.com saytının məlumatına görə, 4D-çap texnologiyası zamanla qırışların meydana gəldiyi və buna görə də şəklini dəyişən bərk və yumşaq obyektlər yaratmağa imkan verir. Professor Paskuale Çiarlettanın rəhbərlik etdiyi tədqiqatçılar qrupunun işi tanınmış italyan riyaziyyatçısı Leonardo Fibonaççinin qəbul edilməmiş tədqiqatlarına əsaslanır. Onun tədqiqatları göstərir ki, riyaziyyatın köməyilə yumşaq və bərk cisimlərdə qırışların meydana çıxacağı yeri hesablamaq mümkündür.

Çiarletta hesab edir ki, qırışların meydana gəlmə şərtlərini öncədən dəqiqliklə bilməyə imkan verən yeni riyazi yanaşma onların yaranma prosesinə nanosəviyyədə nəzarət etməyə kömək edəcək. Tədqiqat işi transformasiya edilən materialların konstruksiyasının yaxşılaşmasına imkan yarada bilər. Gələcəkdə onlardan elastik elektronikada istifadə edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.