Cinayətkarların həbs edilməsində “ağıllı” eynəkdən istifadə ediləcək

08 Fevral 2018 - 09:24 | Maraqlı məlumatlar
Cinayətkarların həbs edilməsində “ağıllı” eynəkdən istifadə ediləcək

Çinin Xenan əyalətində polislər iş prosesində sifətin tanınması funksiyasına malik eynəklərdən istifadəyə başlayıblar. Qurğunun köməyilə artıq bir neçə cinayətkarı saxlamaq mümkün olub.

“Eynək insan sifətini qeydə alır, bundan sonra informasiyanı axtarışda olan insanların siyahısı ilə müqayisə etmək üçün ümumi məlumat bazasına göndərir”, – deyə əyalətin administrasiya nümayəndəsi Çjan Syaoley bildirib.

belta.by saytının məlumatında bildirilir ki, eynək ilk dəfə ötən həftə Çin Yeni ili ərəfəsində sərnişinlərin artımı ilə əlaqədar olaraq, Çjençjou şəhərinin dəmiryolu stansiyasının girişlərində tətbiq edilib. Saxlanılanların arasında soyğunda və hadisə yerindən qaçmaqda təqsirləndirilən və axtarışda olan şəxlər olub. Həmçinin saxta şəxsiyyət vəsiqəsindən istifadə etməyə çalışan 26 nəfər saxlanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.