Süni intellekt ilk dəfə olaraq, “Qrafik şəhər” mövzusu üzrə keçirilən fotomüsabiqədə münsiflər heyətinin üzvü kimi çıxış edəcək. Söhbət “EyeEm” startapı tərəfindən hazırlanmış təsvirlərin tanınması sistemindən gedir.
futurist.ru saytının məlumatına görə, “EyeEm” texnologiya startapının alqoritmləri başlanğıc mərhələdə təsvirin tanınması və teqlərin paylanması üçün istifadə olunurdu. Artıq sistem təsviri qiymətləndirə bilir və istifadəçilərə onların ən yaxşı şəkillərini seçməyə kömək edir. “EyeEm” alqoritmi bütün dünyada fotoşəkillərin qiymətləndirilməsi sistemi kimi tanınır.
Təşkilatçılar sistemin iştirakçıların işlərini daha yaxşı qiymətləndirməsi üçün fotoşəkillərdə xətt və əyriliklərin aydın vizuallaşdırılmasını xahiş edirlər. “The Graphic City” tədbiri xətlər və perspektivin əsas rol oynadığı şəhər minimalizminə yönəldiləcək.
Qeyd edək ki, “EyeEm” şəkilləri qiymətləndirə bilən yeganə süni intellekt deyil. Məsələn, “Google” bu yaxınlarda “NIMA”adlı neyron şəbəkəsini təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.