İnstitut əməkdaşları üçün ingilis dili kurslarına start verilib

06 Fevral 2018 - 11:00 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyinin dəstəyi ilə ingilis dilini fərdi şəkildə öyrənməyin çətinliyi, əlavə vaxtın tələb olunması və s. problemlər nəzərə alınaraq qurumda institut əməkdaşları üçün ingilis dili kurslarına start verilib.

Kursların dərslər, danışıq saatları və dərsdənkənar fəaliyyətlərdən ibarət olması nəzərdə tutulub.

Kursa müraciət edən əməkdaşlar onlayn imtahandan keçərək ballarını təqdim etmiş və həmin ballar əsasında 7 qrup (5 beginner, 1 elementary, 1 preintermediate) formalaşdırılmışdır. Layihənin təşkili üçün institut əməkdaşlarından ibarət müəllimlər komandası yaradılıb.

Həftədə 2 dəfə ingilis dilinin tədrisi, 1 dəfə danışıq dərsləri olmaqla keçiriləcək kurslarda müxtəlif dərsliklər və faydalı veb-saytlardan istifadə olunacaq.

Kurs müddətində və sonunda imtahanlar keçiriləcək. Yekunda kursu müvəffəqiyyətlə bitirmiş əməkdaşlara sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, kursların 8 həftə ərzində tamamlanması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.