Kosmonavtlar üçün ilk xəstəxana açılacaq

02 Fevral 2018 - 10:02 | Texnoloji yeniliklər
Kosmonavtlar üçün ilk xəstəxana açılacaq

BƏƏ Səhiyyə Nazirliyi kosmonavtlar üçün ilk hospitalın inşa ediləcəyini açıqlayıb. “Emirates Space Hospital” “UAE Centennial 2071” və “Milli kosmik proqram”ın (National Space Programme) həyata keçirilməsinə yönəldiləcək.

“Kosmonavtlar kosmosda tibbi müalicə ediləcəklər. Müalicə prosesinə Yer kürəsində nanotexnologiyaların köməyilə nəzarət ediləcək”, – deyə nazirliyin nümayəndəsi Kulthum əl-Beluşi bildirib. Onun sözlərinə görə, teletibb yalnız xəstəxanalarda deyil, həm də kosmosda əlçatan olacaq. Layihəyə 2020-ci ildə, BƏƏ-nin Marsdakı missiyasının başlanacağı vaxtda start veriləcək. Öncə layihə Yer kürəsində sınaqdan keçiriləcək.

mignews.com saytının məlumatında bildirilir ki, xəstəxana xroniki xəstəliklərin müalicəsinin ən müasir metodlarını təklif edəcək. Bunun üçün nanorobotu qanaxmaya daxil etmək kifayət edəcək. O, özü orqanizmdəki xəstə hüceyrələri tapacaq və onları müalicə edəcək. Bəyanatda, həmçinin süni intellektdən istifadəyə dair planlardan da bəhs edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.