Süni intellekt tıxac problemi ilə mübarizə aparacaq

02 Fevral 2018 - 09:13 | Maraqlı məlumatlar
Süni intellekt tıxac problemi ilə mübarizə aparacaq

Çində hazırlanmış “AliCloud” layihəsi ilk dəfə ölkə xaricində istifadəyə veriləcək. O, “Alibaba” şirkətinin törəmə şirkətidir və böyük meqapolislərdə çoxsaylı tıxacları əhəmiyyətli dərəcədə azalda bilib. Bunun üçün bulud hesablamalarından istifadə olunur. Onun köməyilə “City Brain” sistemi real vaxt rejimində yolları izləyir. Həmçinin tıxacların yaranması ehtimalı yüksək olan yollar haqqında xəbərdarlıq edir və beləliklə, nəqliyyat vasitələrini düzgün istiqamətə yönəldir.

dni24.com saytının məlumatına görə, artıq texnologiya Malayziyanın paytaxtı Kuala-Lumpurun yollarında tıxaclarla mübarizə aparacaq. Süni intellektə şəhərin mərkəzində quraşdırılmış 300 işıqfor və 500 müşahidə kamerasına çıxış imkanı veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.