ABŞ-ın “GlassesUSA” İnternet mağazası rəqəmsal heykəltəraşla birlikdə eynəyin yaradılması üçün onlayn xidmət hazırlayıb. İstifadəçi eynəyə dizayn verdikdən sonra onu 3D-printerdə çap edə və ya İnternet vasitəsilə sifariş edə bilər.
dni24.com saytının məlumatına görə, artıq ABŞ-ın hər bir sakini evdən çıxmadan müstəqil olaraq, fərdi eynək yarada bilər. Veb-saytda çərçivə seçimi üçün 3 şablon, həmçinin müxtəlif sifət quruluşlarına uyğun 3 stil təqdim edilib. Bundan başqa, alıcılar çərçivə üçün istənilən dizayn, forma və rəngi seçmək, eləcə də çərçivəyə mətn əlavə etmək imkanına malikdirlər.
Veb-saytın rəhbərləri ilk eynək modellərini kiçik detalların istehsalı üçün ideal seçim olan “Sinterit Lisa” 3D-printerində hazırlayıblar. Veb-saytda həmçinin ən dəbli çərçivə müsabiqəsi təşkil edilib. Qalib 300 dollar məbləğində mükafat əldə edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.