Cari ilin aprelində Yaponiyada Erika adlı müasir robot “Xəbərlər” informasiya proqramının aparıcısı olacaq.
dni24.com saytının məlumatında bildirilir ki, real xarici görünüşə malik olan humanoid robot Yapon mühəndis Hirosi İsiquro tərəfindən hazırlanıb. Erikanın nə zaman və hansı kanalda çıxış edəcəyi hələ ki, məlum deyil.
İstehsalçıların sözlərinə görə, Erika insanlarla qarşılıqlı əlaqədə olmağına görə xoşbəxtdir və bunu daima səbirsizliklə gözləyir. O, xarici dünyanın öyrənilməsində maraqlıdır. Hazırda ayaqları və əllərini hərəkət etdirə bilməsə də, səsin hansı tərəfdən gəldiyini təyin edə, danışdığı şəxsi tanıya, həmçinin otaqda hərəkət edən insanları izləyə bilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.