Süni intellekt pasiyentin vəziyyəti haqqında öncədən xəbər verəcək

30 Yanvar 2018 - 10:06 | Texnoloji yeniliklər
Süni intellekt pasiyentin vəziyyəti haqqında öncədən xəbər verəcək

“Google” istehsalçıları xəstəxanaya müraciət edən pasiyentin vəziyyəti haqqında öncədən xəbər verəcək süni intellekt texnologiyası yaradıblar.

dni24.com saytının məlumatına görə, ABŞ proqramçıları artıq bu sahədə bəzi müvəffəqiyyətlərə nail olublar. Belə ki, onların hazırladığı sistem 24-48 saat ərzində pasiyentin ölüm ehtimalı haqqında öncədən dəqiq məlumat verə biləcək. Maraqlıdır ki, “Google”un bu layihəsində iştirak etmək, tibbi mərkəzlərdən xəstəliklərin tarixçəsi ilə bağlı məlumatları əldə etmək üçün 216221 nəfər Kaliforniya və Çikaqo universitetləri ilə müqavilə imzalayıb.

Proqramçılar neyron şəbəkənin öyrədilməsinin köməyilə böyük həcmli məlumatlar və həkimlərin qeydlərinin deşifrələnməsi ilə bağlı problemləri aradan qaldıra biliblər. Nəticədə proqram epikrizlərdə ən vacib məqamları və xəstəliyin gedişatına təsir edən əsas fraqmentləri təyin edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.