3D-printerdə çap edilmiş predmetləri rəngləyən mürəkkəb

30 Yanvar 2018 - 09:23 | Texnoloji yeniliklər
3D-printerdə çap edilmiş predmetləri rəngləyən mürəkkəb

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun tədqiqatçılar qrupu 3D-printerdə çap edilmiş predmetləri rəngləməyə imkan verən mürəkkəb hazırlayıb.

futurist.ru saytının məlumatına görə, adi 3D-printer və xüsusi tip mürəkkəbdən ibarət olan texnologiya “ColorFab” adlandırılıb. Onun aktivləşdirilməsi üçün işıq axını lazımdır. Sistem çap edilmiş obyektin xarici görünüşünü dəfələrlə dəyişdirməyə imkan verir. İstehsalçılar texnologiyanın elektron kitablarda istifadə olunan mürəkkəbə (e-Ink) çox bənzədiyini bildiriblər.

“ColorLab” interfeysi istifadəçiyə əvvəlcə obyektin 3D-modelini yaratmağa, onu çap etməyə və sonra lazımi rəngi əlavə etməyə imkan verir. Texnologiya sayəsində obyektin ayrı-ayrı hissələrini və ya bütöv predmeti rəngləmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.