Əlavə reallıq pasiyentin daxili orqanlarını görməyə imkan verəcək

29 Yanvar 2018 - 12:51 | Texnoloji yeniliklər
Əlavə reallıq pasiyentin daxili orqanlarını görməyə imkan verəcək

Artıq Kanada alimləri tərəfindən hazırlanmış layihə sayəsində insanın daxili orqanlarını cərrahi müdaxilə olmadan görmək mümkündür. Belə ki, “ProjectDR” AR-texnologiyası pasiyentin daxili orqanlarını o, hərəkət etdikdə belə görməyə imkan verir.

futurist.ru saytının məlumatına görə, məqsəd həkimlərə pasiyentin sağlamlığı haqqında məlumatları onun bədənində göstərməkdir. “Project DR” təsvirin qoyulması üçün proyektor, hərəkət trekeri və infra-qırmızı kameralardan ibarətdir. Tədqiqatçılar pasiyentin bədəninə hərəkət zamanı belə şəklin dəqiq bərkidilməsi üçün bütün komponentlərin işini birləşdirən xüsusi proqram hazırlayıblar.

Proqram təminatının son sınaqları və dərinlik sensorlarının əlavə edilməsindən sonra ilk kliniki sınaqlara başlanılacaq. “ProjectDR” texnologiyasından, əsasən, cərrahi simulyasiyalarda istifadə ediləcək. Həmçinin mütəxəssislər hesab edirlər ki, sistem yeni başlayan cərrahlar və manual terapevtlər üçün dərslərdə lazım ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.