2014-cü ildə planet əhalisinin 25%-i smartfondan istifadə edəcək

12 İyun 2014 - 10:30 | Texnoloji yeniliklər
2014-cü ildə planet əhalisinin 25%-i smartfondan istifadə edəcək

"eMarketer" analitik şirkətinin araşdırmalarına əsasən, 2014-cü ilin sonunadək smartfon istifadəçilərinin sayı ötən illə müqayisədə 25% artaraq təxminən 1,76 milyard insan təşkil edəcək. 

lenta.ru saytından bildirilir ki, 2017-ci ilədək dünyada yaşayan insanların 33%-i smartfonların daimi istifadəçilərinə çevriləcəklər. 

Tədqiqata əsasən, smartfon istifadəçilərinin 951 milyonu Asiya-Sakit okean regionunun payına düşür. Avstraliyada ölkə əhalisinin 50%-i 2013-cü ildə smartfondan daimi istifadəyə başlayıblar. 

Çin hazırda smartfon istifadəçilərinin sayına görə dünyanın ən böyük ölkəsidir. 2014-cü ildə onların sayı 521,7 milyon insan təşkil edəcək. Lakin yalnız 2018-ci ilədək Çin əhalisinin 50%-i smartfonlardan daimi istifadə edəcək. 

İlin sonunadək 196,6 milyon smartfon istifadəçisi Qərbi Avropa regionunun payına düşür.