Çində fitnes üçün treker yaradıcıları sahibini yatızdırma effektinə malik “ağıllı” çarpayı hazırlayıblar.
vladtime.ru saytının məlumatına görə, “ağıllı” çarpayının baza quraşdırılması ilə birgə dəyəri 499 dollar, maksimal dəyəri isə 999 dollar təşkil edir. İstehsalçıların sözlərinə görə, onların innovasiyası yuxusuzluqdan əziyyət çəkənlər üçün əvəzolunmaz vasitə olacaq. Çarpayıda insanın daha möhkəm yatmasına imkan verən efir yağları üçün bölmə mövcuddur. “Ağıllı” matras sahibin yumşaqlıq və bədənin forma xüsusiyyətlərini almaq kimi istənilən “şıltaqlıqlarına” uyğunlaşa bilir.
Bundan başqa, çarpayıda orqanizm üçün faydalı olan yüngül vibrasiya əlçatandır. Smartfonun və ya “ağıllı” saatın proqramında bir düyməni basmaqla qurğu 30 saniyə ərzində şkafa çevrilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.