“Intel” şirkətinin istənilən elektron sistemi “üçölçülü görmə” ilə təmin edən “RealSense” texnologiyasına malik yeni kameraları satışa çıxarılıb.
hitech.vesti.ru saytının məlumatına görə, hər iki qurğu – “Intel RealSense” D415 və D435 yeni nəsil D400 “RealSense” kameralar xəttinə daxildir və çip istehsalçısı tərəfindən hazırlanmış yeni D4 görüntü prosessoru ilə təchiz edilib. Onlar enerji ilə doldurulur, məlumatları USB-interfeys vasitəsilə ötürür və fərdi kompüterlər, dronlar və s. daxil olmaqla, istənilən kompüter sistemlərinə qoşulur. Kameralar istər qapalı məkanda, istərsə də, açıq səma altında problemsiz işləyir. Onlardan əlavə və virtual reallıqda müxtəlif funksiyaların yerinə yetirilməsi üçün istifadə etmək olar.
Kameralar və onlar üçün hazırlanmış proqram təminatı istənilən sistemi “üçölçülü görmə” ilə təchiz etməyə imkan verəcək. Bunun sayəsində qurğular obyektlərin forma və rəngini ayırd etməklə yanaşı, həm də onlara qədər olan məsafəni “görə” biləcəklər. “Intel” D415 və D435 kameralarını müvafiq olaraq, 149 və 145 dollara əldə etmək mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.