Fləş-kart ölçüsündə kompüter təqdim olunub

22 Yanvar 2018 - 09:55 | Texnoloji yeniliklər
Fləş-kart ölçüsündə kompüter təqdim olunub

Amerikanın “Q-Stick” şirkəti adi fləş-kart ölçüsündə kompüter hazırlayıb. Mini-qadcet 7 saniyə ərzində Windows, Android və ya Linux əməliyyat sistemini işə salaraq, istənilən televizoru fərdi kompüterə çevirməyə imkan verir.

news.rambler.ru saytının məlumatına görə, qurğu “Intel HD” qrafikasını, həmçinin 4K yayımı dəstəkləyir. Bundan başqa, kompüter 8 Gb əməli yaddaş, Bluetooth 4.1, Wi-Fi, bir neçə USB-konnektor və yaddaş kartı konnektoru ilə təchiz edilib.

Göy və qırmızı rənglərdə əlçatan olan “Q-Stick” kompüterini “Indiegogo” kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasından əldə etmək olar. Qurğunun baza versiyasının qiyməti 129 dollar təşkil edəcək, “Blaze Pro” isə 179 dollara başa gələcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.