“Microsoft”un süni intellekti şəkilləri mətn təsvirinə görə çəkməyə başlayıb

22 Yanvar 2018 - 10:00 | Maraqlı məlumatlar
“Microsoft”un süni intellekti şəkilləri mətn təsvirinə görə çəkməyə başlayıb

“Microsoft” şirkətinin mütəxəssisləri tərəfindən yaradılmış süni intellekt alqoritmi yalnız gələcək işin mətn təsvirlərinə əsaslanaraq “sifarişlə” şəkil çəkməyə başlayıb. Onun ilk tapşırığı quş şəkli çəkmək olub. Tədqiqatçılar süni intellektdən “qara qanadlı və qısa dimdikli quş” təsvir etməyi xahiş ediblər. Süni intellekt işin öhdəsindən müvəffəqiyyətlə gəlib.

Müasir süni intellekt alqoritmləri fotolarda və şəkillərdə təsvir edilmiş obyektləri 80 faizə qədər dəqiqliklə müəyyən edə bilir. “Microsoft”un süni intellekti isə məsələni müstəqil yerinə yetirmək, predmetin mətn təsvirinə əsaslanaraq şəkli yenidən yaratmaq qabiliyyətinə malik ilk alqoritm olub. 

hi-news.ru saytının məlumatına görə, süni intellekt məsələnin icrasından əvvəl oxşar təsvirləri axtarmayıb, bununla belə, onun çəkdiyi şəkil olduqca dəqiq alınıb.  O, işi tamamilə müstəqil yerinə yetiririb, məsələdə olduqca şərti təsvir edilmiş quşu mərhələli şəkildə, demək olar ki, fotoqrafik dəqiqliklə yenidən yaradıb.

İstehsalçılar qeyd edirlər ki, belə quş real olaraq mövcud olmaya da bilər. Çünki o, süni intellektə ünvanlanmış kifayət qədər abstrakt xahişin təcəssümüdür. Bununla belə, onun işinin nəticələri hələ ki, mükəmməl olmasa da heyrətləndiricidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.