“Colgate” şirkəti süni intellektə malik “Smart Electronic Toothbrush E1” diş fırçasını istehsal edib. Qurğu “iOS Colgate Connect” proqramı, həmçinin “Apple Watch” saatları ilə sinxronlaşdırılır. O, ağızın xəritəsinin yaradılmasını təmin edərək, istifadəçiyə dişlərə düzgün qulluqla bağlı məsləhətlər verir. “Apple” şirkəti sözügedən qurğunun eksklüziv dileridir.
dni24.com saytının məlumatına görə, “ağıllı” diş fırçası istifadəçinin dişlərini təmizləməsinə sərf etdiyi vaxtı bu prosesi optimallaşdırmağa imkan verərək izləyir. “Colgate” şirkəti, həmçinin uşaqlar üçün həvəsləndirici xüsusi oyunlar hazırlayıb. Uşaqlar dişlərini təmizləməyə nə qədər çox vaxt sərf etsələr, o qədər çox qəpik toplaya bilərlər.
Şirkət nümayəndələri bildiriblər ki, bir dəfə enerji ilə doldurulmuş diş fırçası 10 günə qədər işləyə bilir. Qurğunun qiyməti 99 dollar təşkil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.