Unikal VPN-marşrutlayıcı hazırlanıb

19 Yanvar 2018 - 12:19 | Texnoloji yeniliklər
Unikal VPN-marşrutlayıcı hazırlanıb

Norveçin “Biltmore Technologies” şirkətinin mütəxəssisləri unikal VPN-router hazırlayıblar. Qurğu sayəsində şəbəkəyə istənilən nöqtədən təhlükəsiz daxil olmaq mümkündür.

vladtime.ru saytının məlumatına görə, “LinXbox” adlı devays digər qurğulardan bir sıra üstünlükləri ilə fərqlənir. Şəbəkəyə giriş gizlidir. Kiçik qutu istənilən dövlətin İnternet məkanına daxil olmağa imkan verəcək 256 bitlik AES alqoritmi ilə təchiz edilib. Bu zaman IP ayrılır və paylanır.

Hazırda sadə dizayna malik VPN-marşrutlayıcını “Kickstarter” platformasından sifariş etmək olar. Qurğunun qiyməti 36 funt-sterlinq təşkil edir. “LinXbox”un cari ilin may ayında satışa çıxarılacağı bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.