“Microsoft” şirkəti əməkdaşlarının əlavə və virtual reallığa uyğunlaşmasına kömək etməyə qərar verib və onlar üçün virtual dünyanın ən müasir texnologiyaları ilə təchiz edilmiş “reallıq otaqları” (“Reality Rooms”) açıb.
İdeya “Microsoft Garage” eksperimental fəzası çərçivəsində reallaşdırılıb. O, şirkət tərəfindən dünyanın müxtəlif bölgələrində yerləşən bölmələrində texnologiya azarkeşliyini dəstəkləmək üçün yaradılıb. “Otaqlarda” əməkdaşlara ən müasir AR və VR-texnologiyalar əlçatandır.
robo-hunter.com saytının məlumatına görə, yeni iş sahəsi kosmik gəminin kabinasını xatırladır. HoloLens ekranları, VR-qarniturlar, proyektorların monitorları və lampası əməkdaşları virtual dünyaya daşıyır, ərazinin mərkəzində olan geniş sahə isə eyni zamanda bir neçə insanın texnologiyalara yiyələnməsinə imkan verir.
Otaqların muzeyə çevrilməməsi məqsədilə şirkətin əməkdaşlar qrupu personal üçün müxtəlif öyrədici materiallar hazırlayıb.
Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.