“Открытие” bankı foto üzrə pul köçürmələrini həyata keçirir

18 Yanvar 2018 - 15:34 | Maraqlı məlumatlar
“Открытие” bankı foto üzrə pul köçürmələrini həyata keçirir

Yeni funksiya üzün tanınması sisteminin neyroşəbəkə texnologiyası vasitəsilə işləyir.

Rusiyanın “Открытие” bankı müştərilərə öz mobil telefonlarında foto üzrə pul köçürmələrini həyata keçirmək imkanı verən “Открытие. Переводы” proqramını hazırlayıb. Proqram üzün tanınması sisteminin neyroşəbəkə texnologiyasının köməyi ilə işləyir, ki bu da müştərini onun biometrik göstəricilərinə görə yüksək dəqiqliklə müəyyən etməyə imkan verir.

tass.ru saytının məlumatına görə, xidmətdən istifadə etmək üçün müştəri öz smartfonuna “Открытие. Переводы” proqramını yükləməli, əsas menyudan “foto üzrə köçürmə” bölməsinə daxil olmalı və kamera ilə alıcının şəklini çəkməlidir. Bundan sonra foto bankın üzün tanınması sisteminə göndərilir. Bank alıcını müəyyənləşdirdikdən sonra proqrama bank kartının xüsusi nömrəsini, müştəri isə köçürməni həyata keçirmək üçün öz kartının məlumatlarını daxil edir.

Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.