Süni intellekt insanın bioloji yaşını müəyyən edəcək

18 Yanvar 2018 - 15:00 | Maraqlı məlumatlar
Süni intellekt insanın bioloji yaşını müəyyən edəcək

Alimlərin sözlərinə görə, süni intellekt insanın bioloji yaşını müəyyən edərək və fərdi tibbi rejim hazırlayaraq onların daha uzun yaşamalarına kömək edə bilər.

“AI Insilico Medicine” şirkətinin mütəxəssisləri insanların bioloji yaşını hesablaya bilən, eləcə də həyat tərzlərində müəyyən dəyişikliklər etməyin və tibbi preparatların istifadəsinin uzun və sağlam yaşamaq şansını artırıb-artırmadığını göstərə bilən sadə və ucuz kompüter alqoritmi hazırlayıblar. “Aging.AI” adlandırılmış sistem 130000 insanın qan nümunələri əsasında onların dəqiq nəticələrini təqdim edib. Ekspertlər hesab edirlər ki, süni intellekt xərçəng və ürək narahatlıqları kimi yaş xəstəliklərinin inkişaf riskini müəyyən etməyə kömək edəcək.

Qeyd edək ki, insanın bioloji yaşı faktiki yaşdan fərqlənə bilər. Məsələn, 65 yaşlı sağlam və aktiv qadın fizioloji cəhətdən 50 yaşlı qadınla oxşar bədənə sahib ola bilər. Sınaqların gedişatında “Aging.AI” alqoritmi qan nümunələrinə əsaslanaraq insanların bioloji yaşını müəyyən edib.

aiportal.ru saytının məlumatına görə, sınaqlar zamanı qanın hər nümunəsi xolesterin və iltihabın səviyyəsi parametrləri üzrə qiymətləndirilib. Tədqiqat həmçinin göstərib ki, öz faktiki yaşından bioloji daha gənc olan insanlar böyük ehtimalla daha uzun yaşayacaqlar. İstehsalçıların sözlərinə görə, “Aging.AI” sistemi müalicədən əvvəl və sonra bioloji yaşın ölçülməsi yolu ilə ümumi fiziki sağlamlığa dərmanların və digər prosedurların təsirinin qiymətləndirilməsi üçün istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.