Elektron tullantılar qızıl-zinət əşyalarına çevriləcək

17 Yanvar 2018 - 15:50 | Maraqlı məlumatlar
Elektron tullantılar qızıl-zinət əşyalarına çevriləcək

“Dell” şirkəti ana plataların hazırlanması üçün elektron tullantılardan qızıl emalı üzrə proqramın icrasına başlayıb. Qiymətli metaldan emal edilərək düzəldilən ilk mikrosxemlərlə “2-si 1 Latitude 12” tipli qurğular təchiz ediləcək.

hitech.vesti.ru saytının məlumatında bildirilir ki, hazırda elektron tullantıların yalnız 12,5 faizi emal edilərək yeni məhsula çevrilir. Məlum olub ki, hər il amerikalılar təxmini dəyəri 60 milyon dollara bərabər qızıl və gümüşün olduğu lazımsız telefonları çölə atırlar. “Bu rəqəm yeni məhsulların istehsalı üçün işlənmiş elektronikadan qiymətli metalların emalı üzrə proqramların məqsədəuyğunluğunu və potensialını açıq-aydın nümayiş etdirir”, - şirkətdən bildirilib.

Şirkət nümayəndələrinin sözlərinə görə, “Dell” şirkəti 2020-ci ilin sonunadək 45,4 min ton tullantı emal etmək niyyətindədir. Platalarla yanaşı, işlənmiş “Dell” elektronikasından  qızıl-zinət məmulatlarında istifadə ediləcək. Şirkət artıq “Bayou with Love” şirkətinin işlənmiş ana platalardan əldə olunan qızıldan düzəldilən “The Circular Collection” qızıl bəzək kolleksiyasını təqdim edən aktrisa Nikki Ridlə əməkdaşlığa başlayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.