Süni intellekt xəstəxanalarda qəfil ölüm hallarının qarşısını almağa kömək edəcək

17 Yanvar 2018 - 10:01 | Texnoloji yeniliklər
Süni intellekt xəstəxanalarda qəfil ölüm hallarının qarşısını almağa kömək edəcək

ABŞ-ın “ExcelMedical” şirkətinin mütəxəssisləri artıq heç bir maneə olmadan həkimlərə yerli xəstəxanaların pasiyentlərinin kritiki vəziyyətləri barədə xəbərdarlıq etmək üçün öz alqoritmlərindən istifadə edə bilərlər. Bunun üçün onlar nəhayət ki, rəsmi icazə ala biliblər.

dni24.com saytının məlumatına görə, “Wave Clinical Platform” adlı konsepsiya ABŞ-ın klinikalarında xəstələrin fizioloji göstəricilərini analiz edə biləcək. Pasiyentlərin vəziyyəti sürətlə pisləşməyə başladıqda xüsusi alqoritmlər həkimləri dərhal xəbərdar edəcək. “Wave Clinical Platform” hələ ki, insanın ölümünü proqnozlaşdıran yeganə texnologiya hesab edilir.

Süni intellekt xəstənin fizioloji göstəricilərini müntəzəm olaraq qeyd edə və təhlükəli vəziyyət haqqında onun yaranmasından 6 saat əvvəl xəbərdarlıq edə bilir. Sistemi verilənlər bazası və ya smartfondakı proqrama asanlıqla qoşmaq olar. Növbəti mərhələdə istehsalçılar süni intellekti şəxsi istifadəyə uyğunlaşdırmağı planlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.