AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun elmi işçisi Günay Niftəliyeva “Analysis of Methods Related to Detection of Terrorism on Net” (“Onlayn mühitlərdə terrorizmlə bağlı fəaliyyətin aşkarlanması metodlarının analizi” mövzusunda məruzəni təqdim etdi.
Məruzəçi onlayn mühitdə terrorizmlə əlaqəli fəaliyyətin aşkarlanması metodlarının analizi haqqında ətraflı məlumat verərək bu istiqamətdə aparılan araşdırmaları, görülən işləri diqqətə çatdırdı. Bildirdi ki, mövzu ilə bağlı bir sıra məqalələr təhlil olunmuş, görüləcək işlər müəyyənləşdirilmişdir.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev mövzu ilə bağlı fikirlərini səsləndirdi, bu istiqamətdə araşdırmaların davam etdirilməsini tövsiyə etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.