“Ağlaya bilən” robot təqdim edilib

12 Yanvar 2018 - 12:29 | Texnoloji yeniliklər
“Ağlaya bilən” robot təqdim edilib

“Honda” şirkəti “CES 2018” istehlak elektronikası sərgisində gülümsəyə, ağlaya və ya mürgüləyə bilən robotunu təqdim edib. “3E-A18” robotu insanlarla, xüsusilə uşaqlarla qarşılıqlı əlaqə üçün nəzərdə tutulub. Onun rəqəmsal sifəti müxtəlif ifadələri, o cümlədən qəzəb və həyəcanı göstərə bilir.

futurist.ru saytının məlumatına görə, yumşaq rezin tekstura ilə örtülmüş robot bir təkər üzərində hərəkət edir. Şirkət nümayəndələri ondan hava limanları və ticarət mərkəzlərində istifadə etməyin mümkün olacağını bildiriblər. “3E-A18” emosiyaları ifadə etməklə yanaşı, həm də insan emosiyalarını tanıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.