Rusiyanın N.İ.Lobaçevski adına Nijeqorod Milli Tədqiqat Universitetinin mütəxəssisləri poliklinikaya getmədən ürək xəstəliklərini müəyyən etməyə imkan verəcək proqram-aparat kompleksi yaradıblar.
dni24.com saytının məlumatına görə, “Kiberürək” adlandırılmış cihazın ürəyin fəaliyyətində müxtəlif pozuntuların aşkar edilməsində həkimlərlə yanaşı, adi pasiyentlərə də kömək edəcəyi bildirilib.
Qurğunun yaradıcılarından biri olan Aleksandr Nikolski hədəf auditoriyasının sadə vətəndaşlar olduğunu qeyd edib. Onun sözlərinə görə, gələcəkdə bir sıra məişət cihazlarının hazırlanması nəzərdə tutulur. Bu cihazlar vasitəsilə kardioqramın çəkilməsi və tibbi müəssisələrə göndərilməsi mümkün olacaq. Əldə edilmiş informasiya xəstəxanalar və ya xüsusi çağrı mərkəzlərində quraşdırılacaq smartfonlar və kompüterlərə ötürüləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.