Sinqapurun Nanyan Texnologiya Universitetinin professoru Rəşid Yazami smartfonlar və elektrik avtomobillərinin istismar müddətini uzadacaq unikal qurğu hazırlayıb. Texnologiya ətraf mühit üçün zərərsizdir.
vladtime.ru saytının məlumatına görə, ixtira tipik litium batareyalarda iki qütbün üstündən üçüncü elektrodun əlavə edilməsini nəzərdə tutur. Bu üçüncü komponent qütblərin birində litium ionların qalıq sularının çıxarılaraq süzülməsi üçün istifadə edilir ki, bu da batareyanın boşalmasına səbəb olur. Beləliklə, batareyanın ilkin gücü 95 faiz bərpa oluna bilər.
Professor iddia edir ki, onun ixtirası elektrik avtomobillərində daha böyük potensiala malik olacaq: “İnsanlar avtomobillərini smartfonları qədər tez-tez dəyişmirlər. Bir çoxları telefonlarını iki ildən bir dəyişirlər. Yeni ixtira edilmiş qurğuya malik avtomobil isə on ildən çox xidmət göstərə biləcək”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.