Məşhur “Tetris” oyununun 30 yaşı var

09 İyun 2014 - 16:00 | Texnoloji yeniliklər
Məşhur “Tetris” oyununun 30 yaşı var

1984-cü ildə sovet proqramçısı Aleksey Pajitnovun yaratdığı və dünyada böyük məşhurluq qazanan “Tetris” oyununun bu günlərdə 30 yaşı tamam olub. newsru.com saytının bildirdiyinə görə, Britaniyanın “The Telegraph” qəzeti kompüter oyununa həsr olunmuş xüsusi məqalə çap edib. 

Nəşr xatırladıb ki, proqramçı “Tetris”i “"Электроника-60” sovet kompüterindən istifadə etməklə yaradıb. Sonra o, dost-tanışlarıyla oyunun kodu ilə bölüşüb ki, onlar da proqramı IBM kompüterində sazlamaq üçün adaptasiya ediblər. Nəticədə oyun çox qısa bir vaxt ərzində bütün SSRİ və Şərqi Avropa ölkələrinə yayılaraq böyük məşhurluq qazanıb. 

İki ildən sonra isə, yəni 1986-cı ildə “Tetris” Qərbdə yayılmağa başlayıb ki, burada yerli proqramçılar Apple II və Commodore 64 kompüterləri üçün oyunun versiyalarını yaradıblar.