Tədqiqatçılar osmotik enerji adlı elektrik enerjisinin alınması üçün şirin və duzlu sudan istifadə edərək yeni metod hazırlayıblar. Bu, böyük miqdarda ekoloji təmiz enerji əldə etmək üçün misilsiz imkanlar açır.
gearmix.ru saytının məlumatına görə, osmotik energetika konsepsiyası çox sadədir: o bir-biri ilə çox nazik membran vasitəsilə əlaqəyə daxil olan duzlu suyla şirin suyun qarşılıqlı təsirinə əsaslanır. Bu halda duzlu sudakı duz ionları osmos vəziyyətinə daxil olan hər iki mayedə duzların konsentrasiyası bərabər olmayana qədər membran vasitəsilə yerini dəyişir. Faydalı elektrik enerjisini almaq və onu enerji şəbəkələrinə ötürmək üçün elektrik enerjisini özündə saxlayan duz ionlarını bir yerə toplamaq lazımdır.
Lozannada Federal Politexnik Məktəbinin (EPFL) tədqiqatçıları tərəfindən hazırlanmış osmotik elektrik enerjisinin generasiya edilməsi sistemi qalınlığı cəmi 3 atom olan, ixtisaslaşdırılmış membran sayəsində, çox böyük miqdarda enerji istehsal etmək imkanına malikdir.
EPFL tədqiqatçılar qrupu “Nature” jurnalında öz işinin nəticələrini dərc edərək bildiriblər ki, böyük enerji istehsalı membranda molibden disulfidi kimi tanınan yeni materialdan istifadə nəticəsində əldə edilib. Bu material mənfi yüklü hissəcikləri kənarlaşdıraraq, müsbət doldurulmuş ionalara membran vasitəsilə maneəsiz keçməyə imkan verir.
“Biz əvvəlcə istehsal etməli, sonra isə nano məsamələrin optimal ölçüsünü müəyyənləşdirməli olduq. Əgər onlar çox böyük olsa, bu zaman çıxış gərginliyini aşağı salaraq mənfi iona keçə biləcək. Kiçik olduqları halda isə, həddən artıq az ion keçəcək və çox zəif cərəyan alınacaq”, – deyə tədqiqat qrupunun rəhbəri Çindun Fen bildirib.
Alimlərin sözlərinə görə, osmotik enerji texnologiyası real olarsa, bu, gələcəkdə təmiz enerji istehsalı üçün geniş perspektivlər açacaq. Çünki külək və günəş energetikası havadan və günün vaxtından çox asılı olduğu halda, osmotik energetika üçün yalnız suyun mövcudluğu kifayətdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.