Yeni “elektron burun” hazırlanıb

04 Yanvar 2018 - 10:21 | Texnoloji yeniliklər
Yeni “elektron burun” hazırlanıb

İspaniyanın Valensiya Politexnik Universitetinin alimləri hər hansı ağrılı və xoşagəlməz prosedurlar olmadan bağırsaq xəstəliklərini aşkar edə, Kron və xoralı kolit xəstəliklərini fərqləndirə bilən “elektron burun” hazırlayıblar. “Moosy 32 eNose” adlandırılmış qurğu, həmçinin xəstəliyin nə zaman aktiv mərhələyə daxil olduğunu da göstərə bilir.

meddaily.ru saytının məlumatına əsasən, 90 faiz dəqiqliklə işləyən qurğu artıq uğurla sınaqdan keçirilib. Hazırda alimlər diaqnostik alqoritmin təkmilləşdirilməsi ilə məşğuldurlar. “Elektron burun”, həmçinin bağırsaq xərçənginin diaqnostika vasitəsi kimi araşdırılır. Digər tədqiqatlar nəticəsində məlum olub ki, sistem suyun mikrobik çirklənməsinin aşkarlanması və meyvələrin yetişmə dərəcəsinin təyini üçün də tətbiq edilə bilər. İstehsalçıların fikrincə, gələcəkdə qastroenteroloqlar bu qurğudan geniş istifadə edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.