Hərbçilər üçün döyüş smartfonları hazırlanıb

27 Dekabr 2017 - 16:13 | Texnoloji yeniliklər
Hərbçilər üçün döyüş smartfonları hazırlanıb

İsrail Dövlət Logistika və Texnologiyalar İdarəsi hərbçilər üçün yeni döyüş smartfonları hazırlayıb. “Shaked Fighting” adlı devays döyüş zamanı əsgərlərin hərəkət koordinasiyasının yaxşılaşdırılması üçün nəzərdə tutulub.

vistanews.ru saytının məlumatına görə, qurğu Android əməliyyat sisteminin idarəsi altında işləyir. Hər bir hərbçiyə belə cihaz veriləcək, bölmə komandirləri isə əlavə zərbəyədavamlı telefon və rabitə avadanlıqları, həmçinin portativ enerjidoldurma qurğusu olan çantalarla təchiz ediləcəklər.

Polkovnik-leytenant Oren Maslyaç bildirib ki, “Shaked Fighting” bir sıra xüsusi proqramlara malikdir. Devays çox yüngüldür və ondan istifadə olduqca sadədir. Əsgərlər kompas, xəritə, kamera və döyüş sistemi radiusunda məlumatların mübadiləsi imkanı əldə edəcəklər.

Həmçinin “Shaked Fighting” hədəfi və onun yad və ya tanış olduğunu müəyyən edə bilir. Qurğu sınaqdan keçirilib və ordudan müsbət rəylər alıb. Onun kütləvi istehsalına 2019-cu ildə başlanılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.