Fransada yerləşən “Monument des Fraternisations” tarixi abidəsinin yanında “Timescope” layihəsi çərçivəsində virtual reallıq kioskları istifadəyə verilib. Layihə turistlərin vizual olaraq müxtəlif dövrlərə gedə bilmələri üçün real tarixi əhəmiyyətli yerlərin yaxınlığında virtual reallıq zonalarının yaradılmasını nəzərdə tutur.
techcult.ru saytının məlumatına görə, hazırda Fransada 15 belə kiosk əlçatandır. Onların hazırlanma sürəti texnologiyalar və ya investisiyalardan deyil, rəssam və dizaynerlərin işindən asılıdır. Belə ki, onlar arxiv şəkilləri, xəritə və təsvirlər əsasında tarixi yer və hadisələrin real üçölçülü modellərini yaradırlar.
Virtual reallıq kioskunun istifadəçiləri stasionar binoklların köməyilə ətraf yerlərin görünüşünün analogiyası üzrə virtual məkanları nəzərdən keçirə bilərlər. Kiosklar pis hava şəraitindən qorunur. Onu da qeyd etmək lazımdır ki, layihə müəllifləri keçmişə ekskursiya ilə yanaşı, artıq gələcəyə virtual səyahətlər də yaradırlar.
“Timescope” texnologiyasını növbəti ilin başlanğıcında Las-Veqasda keçiriləcək “CES 2018” – Beynəlxalq elektronika sərgisi zamanı tam qiymətləndirmək mümkün olacaq. 2018-ci ilin sonunadək tanınmış turizm obyektlərinin yaxınlığında ən azı 100 belə kioskun istifadəyə veriləcəyi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.