2020-ci ildə Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları medalların hazırlanması üçün təkrar emal edilən elektron tullantılardan alınmış qiymətli metallardan istifadə etməyi nəzərdə tutur.
Yaponiyanın “Nikkei” təşkilatı 2014-cü ildə Yaponiyada elektron tullantıların təkrar emalı nəticəsində əldə edilən qiymətli metallar haqqında məlumatları təqdim edib. Bildirilir ki, tullanmış elektronika avadanlıqlarından ümumilikdə 143 kiloqram qızıl, 1566 kiloqram gümüş, 1112 ton mis alınmışdır. Londonda 2012-ci il Olimpiya oyunlarının medallarına 9,6 kiloqram qızıl, 1210 kiloqram gümüş, 700 kq mis sərf edilmişdir.
golos.ua saytının məlumatına görə, bu yolla əldə edilən metalların çoxu yeni elektronika avadanlığının istehsalı üçün istifadə olunur. Buna görə də təşkilatçılar elektron tullantıların toplanması və təkrar yığımı üzrə genişmiqyaslı kampaniyanın təşkilinə kömək edəcək tərəfdaşlar cəlb etməyi planlaşdırırlar.
Elektron tullantılarda müəyyən qədər qiymətli metallar vardır. Qızıl çıxarılması üçün, məsələn, duz turşusu məhlulu və hidrogen peroksiddən istifadə etmək olar, lakin əvvəlcə qurğunu sökmək və lazımi detalları çıxarmaq lazımdır. Adətən, bu məqsədlə əl əməyindən istifadə olunsa da, bəzi şirkətlər bu prosesi avtomatlaşdırıblar. Məsələn, 2016-cı ildə “Apple” şirkəti iPhone-u sökmək üçün nəzərdə tutulan xüsusiləşdirilmiş Liam robotunu təqdim etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.