AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) magistrantı Təranə Nəsibli 1-ci dərəcəli diplomla təltif olunub.
Diplom T.Nəsibliyə 5 dekabr 2017-ci il tarixdə ADNSU-da keçirilən, Ağa Axundovun 135 illik yubileyinə həsr olunmuş 66-cı elmi-texniki konfransda qazandığı müvəffəqiyyətə görə təqdim olunub.
Məruzəçi konfransda “Neft qaz sənayesində Big Data, intellektual neft quyuları və qərarların qəbulu” mövzusunda məruzə ilə çıxış edərək neft sanəyesində baş verən mürəkkəbləşmələr və problemlərin informasiya texnologiyaları, xüsusilə Big Datanın tətbiqi ilə həlli barədə ətraflı məlumat verib. Bu sahədə baş verən elmi yeniliklər, tətbiq olunan yeni texnologiyalardan danışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.