Ən kiçik mobil qurğu təqdim edilib

15 Dekabr 2017 - 16:32 | Texnoloji yeniliklər
Ən kiçik mobil qurğu təqdim edilib,Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

“Clubit New Media” şirkəti kiçikölçülü “Zanco Tiny T1” mobil telefonunu təqdim edib. İstehsalçılar bu telefonun dünyada ən kiçik mobil qurğu olduğunu iddia edirlər. Kiçik ölçüsünə baxmayaraq, qadcet zəng edə və ismarıc göndərə, başqa sözlə, istənilən mobil telefonun əsas funksiyalarını yerinə yetirə bilir.

4pda.ru saytının məlumatına görə, “Zanco Tiny T1”in ölçüləri 46,7x21x12 mm təşkil edir. Nano formatlı SIM kart hesabına rabitə əlaqəsi təmin olunur. Telefon 300-dək əlaqə nömrəsi, 50 zəng və 50 ismarıcı yadda saxlamaq imkanına malikdir.

“Zanco Tiny T1” 12,5 mm-lik diaqonallı OLED ekran və kiçikölçülü klaviatura ilə təchiz edilib. Daxili akkumulyator gözləmə rejimində 3 gün və ya “2G” üzrə 180 dəqiqəlik danışıq üçün kifayət edir. Qurğunu “Kickstarter” platformasından 40 dollara sifariş etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.