“IBM” süni intellekt proqramlarının hazırlanması üçün şəbəkəyə kod yerləşdirib

14 Dekabr 2017 - 11:00 | Maraqlı məlumatlar
“IBM” süni intellekt proqramlarının hazırlanması üçün şəbəkəyə kod yerləşdirib

IBMşirkəti süni intellekt proqramları, çat-botlar, blokçeyn-sistemlər və bulud texnologiyalarının tez bir zamanda hazırlanması üçün Coder Community açıq platformasını istifadəyə verib.

“IBM” şirkəti istehsalçıların süni intellekt sistemlərinin yaradılması sahəsində layihələrin yerinə yetirilməsi haqqında müzakirələr apara və təlimatlar əldə edə biləcəkləri “IBM Coder Community” platformasının istifadəyə verdiyini elan edib. Burada proqramçılara müxtəlif proqramların bekend-məntiqi (backend logic) ilə yazılmış 120-dən çox kod şablonu əlçatan olacaq.

nanonewsnet.ru saytının məlumatına görə, platforma çərçivəsində daha bir pulsuz xidmət – botlar üçün kodları “Watson Conversation Service” texnologiyası əsasında tez bir zamanda yazmağa imkan verən “IBM Bot Asset Exchange” fəaliyyət göstərəcək. Sistem çərçivəsində bank, səhiyyə, fitnes, pərakəndə ticarət sahələri üçün 60 hazır dialoq interfeysi əlçatan olacaq. “IBM Bot Asset Exchange” sayəsində “Amazon Alexa” üçün korporativ çat-botları və səs proqramlarını daha sürətlə işə salmaq mümkün olacaq.

Bu platforma istehsalçılar arasında informasiya mübadiləsi məkanı olacaq. Güman olunur ki, IBM-in əsas məqsədi öz texnologiyası olan “IBM Watson” süni intellektinin yayılmasından ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.