Amerikalı tədqiqatçılar yeni 3D-çap texnologiyası yaradıblar. Onun köməyilə holoqrafik lazerlərdən istifadə etməklə, bir neçə saniyə ərzində üçölçülü obyektləri çap etmək mümkündür.
dni24.com saytının məlumatına görə, “həcmli 3D-çap” adlandırılan üsul bu vaxtadək müvafiq sahədə mövcud olan məhdudiyyətlərdən bəzilərini aradan qaldırmağa imkan verib. Standart 3D-çap obyektlərin qatlarını lazer və ya elektron şüa ilə yapışdırır. Bu zaman bu və ya digər predmetlərin istehsalına çox vaxt sərf olunur. Yeni 3D-çap üsulu qatlardan istifadədən imtina etməyi təklif edir. Mütəxəssislər görünüşcə holoqramları xatırladan üç lazer şüasını tətbiq edirlər. Onlar birlikdə xüsusi şəffaf rezervuarda plastik qatranı vulkanizasiya edirlər.
Bu üsul istehsal prosesini sürətləndirməklə, mütəxəssislərin əsas problemini həll edir. Laboratoriyanın işçisi Maksim Şustefin sözlərinə görə, alimlərin məqsədi predmetlərin hissələrini birləşdirmək əvəzinə bütöv 3D-fiqurlar çap etməyin mümkün olub-olmamasını aydınlaşdırmaq idi. Həmçinin qeyd edilib ki, yeni texnologiyanı kosmik aparatlarda da istifadə etmək mümkün olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.