Çinin robot-tədqiqatçıları insanların əvəzinə Aya səyahət edəcək. Ayın tədqiqi üzrə bütün işlər avtomatik rejimdə aparılacaq. Çin Ay bazasının planına daxil olan tədqiqat işlərini özündə ehtiva edən “Ayın tədqiqi proqramları” insanların bilavasitə iştirakı olmadan keçiriləcək.
Çin Ay bazası tamamilə avtomatlaşdırılacaq ki, bu da Ayda araşdırmaları insanların həyatı üçün risk olmadan aparmağa imkan verəcək.
Çin avtomatlaşdırılmış Ay stansiyaları yaradaraq daha genişmiqyaslı və dərin tədqiqatlar apara biləcək. Bu haqda Şanxayda keçirilmiş Kosmik texnika sahəsində innovasiyalar üzrə VII Beynəlxalq konfransda məlumat verilib.
hi-news.ru saytının məlumatına görə, artıq növbəti ildə Çin Ayın əks tərəfinə “Çanye-4” tədqiqat zondunu yerləşdirmək niyyətindədir. Onun ardınca isə məqsədi Ayın torpağının toplanması və Yer kürəsinə çatdırılması olan “Çanye-5” aparatı yola düşəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.