İlk “canlı” tatu yaradılıb

07 Dekabr 2017 - 09:36 | Texnoloji yeniliklər
İlk “canlı” tatu yaradılıb

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri bakteriyaların genetik cəhətdən modifikasiya olunmuş hüceyrələri vasitəsilə 3D-çapın müxtəlif stimullara reaksiya verən “canlı” tatuların yaradılması üçün yeni metod hazırlayıblar.

naked-science.ru saytının məlumatına görə, son zamanlar elektron tatular və intellektual mürəkkəb texnologiyalar müxtəlif obyektlərin forma və ölçülərinin dəyişdirilməsi sahəsində böyük potensiala malik olduğunu göstərməkdədir. Bundan başqa, bu texnologiyalardan daşınan sensor qurğularda və ya belə qurğuların idarə olunması tipinin əvəz edilməsi üçün istifadə etmək olar. Bir çox mühəndislərin müxtəlif həssas materiallarla təcrübə apardığı bir zamanda Massaçusets Texnologiya İnstitutunun alimləri bu texnologiyada canlı hüceyrələrdən istifadənin mümkün olub-olmaması məsələsini araşdırmağa başlayıblar.

İlk növbədə hansı üzvi hüceyrələrdən istifadə ediləcəyini müəyyən etmək lazım gəlib. Məlum olub ki, bakteriyaların güclü hüceyrə divarları ən yaxşı həlldir. Çünki onlar üçölçülü printerin ucluğunun gücünə tab gətirə bilər.

Yeni metodikanı yoxlamaq üçün elastomer qatda bakterial hüceyrələrin üçölçülü təsviri yaradılıb. Bu mürəkkəb tatu üçün eskiz çox sayda budaqları olan ağacdan ibarət olub. Budaqların hər biri müxtəlif kimyəvi stimullara reaksiya verməsi üçün yaradılıb. Nəticədə bakteriyalarla çap edilmiş ağacın hər bir budağı texnologiyanın imkanlarını müvəffəqiyyətlə nümayiş etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.