İnsanın əhvalını dəyişdirən neyroimplantat hazırlanıb

28 Noyabr 2017 - 15:20 | Texnoloji yeniliklər
İnsanın əhvalını dəyişdirən neyroimplantat hazırlanıb

ABŞ alimləri ilk dəfə insan beyninə onun əhvalına təsir edən implantat daxil ediblər. Qurğu impulsların köməyilə həkimlərin iştirakı olmadan depressiya və posttravmatik pozuntuları müalicə edə biləcək.

mir24.tv saytının məlumatına görə, inteqrasiya edilmiş neyroimplantat psixi pozğunluqlar zamanı yaranan müəyyən beyin fəallığını qeydə alır. Qurğu psixi pozğunluqlar yarandıqda elektrik impulslarını beyinə göndərir ki, bu da insanı normal vəziyyətə qaytarır.

Kaliforniya Universiteti və Massaçusets hospitalının tədqiqatçıları yeni texnologiyadan hərbçilər və veteranların müalicəsi üçün istifadə etməyi planlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.