İlk smartfon-termometr

27 Noyabr 2017 - 16:12 | Texnoloji yeniliklər
İlk smartfon-termometr

Artıq 2018-ci ildə qadcetlər bazarında dünyada ilk dəfə olaraq i-MEMS sistemli smartfon-termometr satışa çıxarılacaq. İstehsalçılar bildiriblər ki, cəmi 0,5 saniyə ərzində istifadəçi öz bədəninin temperaturunu dəqiq öyrənə biləcək.

vistanews.ru saytının məlumatına görə, smartfona quraşdırılmış mikroelektromexaniki tənzimləyicinin hesabına bu qurğunun “səhvi” cəmi 0,01% təşkil edir. Smartfonu hazırlayan Koreya mütəxəssisləri qeyd ediblər ki, məhsulun 2018-ci ildə ictimaiyyətə təqdim olunması planlaşdırılır. Qurğunun hansı ölkələrdə və hansı qiymətə satışa çıxarılacağı hələ ki, məlum deyil.

Mütəxəssislər bildiririlər ki, smartfon-termometr temperaturu Selsi üzrə mənfi 40 və 200 dərəcə diapazonda ölçəcək. Temperaturu dərhal müəyyənləşdirməyə imkan verən qurğu “Apple” şirkətinin “iPhone” smartfonlarına da tətbiq edilə bilər. Bu, istifadəçilərə öz sağlamlıq vəziyyətlərini izləməyə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.