Cari ilin dekabr ayında “Vuzpromekspo 2017” sərgisində ilk dəfə Rusiyanın düşüncənin gücü ilə idarə olunan elektrik avtomobilinin konsepti təqdim ediləcək. Sağlamlıq imkanları məhdud insanlar üçün nəzərdə tutulmuş “neyromobil”in konsepti N.İ.Lobaçevski adına Nijeqorod Dövlət Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb.
rueconomics.ru saytının məlumatına görə, istehsalçılar beyin və avtomobilin bort sistemləri arasında məlumat mübadiləsinə imkan verəcək sistemin üzərində işləyirlər. Xüsusi alqoritmlər beyin siqnallarını tanıyacaq və onları avtomobilin idarəetmə sisteminə ötürəcəklər. Unikal avtomobilin kütləvi istehsalına 2020-ci ildə başlanması planlaşdırılır. “Neyromobil”in qiymətinin 9250-16650 ABŞ dolları təşkil edəcəyi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.