Süni intellekt diaqnoz qoya biləcək

31 Oktyabr 2017 - 10:12 | Maraqlı məlumatlar
Süni intellekt diaqnoz qoya biləcək

Süni intellektə pasiyent tibbi müayinədən keçdikdən sonra diaqnoz qoymaq öyrədilib. ABŞ-ın Zebra-Med təşkilatı tərəfindən yaradılmış yeni texnologiya süni intellektə maqnit-rezonans tomoqrafiyasının nəticələrini araşdırmağa və insanın orqanizmində normadan sapmaların mövcudluğunu müəyyən etməyə imkan verir.

vladtime.ru saytının məlumatına görə, hazırda süni intellekt 11 xəstəliyə diaqnoz qoya bilir. Bu göstərici cari ilin sonuna kimi 17-yə qədər artacaq. Texnologiya insana xəstəliyin öhdəsindən gəlməyə və bəzi hallarda onun həyatını xilas etməyə kömək edəcək. Xidmətin qiyməti cəmi 1 ABŞ dolları təşkil edəcək.

Süni intellekt yüksək təzyiq, tənəffüs yolları ilə bağlı problemlər, onkoloji xəstəliklər və digər sağlamlıq problemlərinə diaqnoz qoya bilir. Həkimlər xəstəliyin vaxtında aşkar edilməsini uğurlu müalicənin təminatı hesab edirlər. Alimlər gələcəkdə texnologiyanı inkişaf etdirməyi planlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.