“Azərbaycan Xalq Cümhuriyyəti” elektron resursu İnternet istifadəçilərinə təqdim edilib

27 May 2014 - 12:00 | Mühüm hadisələr
“Azərbaycan Xalq Cümhuriyyəti” elektron resursu İnternet istifadəçilərinə təqdim edilib

Prezident Kitabxanasında “Virtual Azərbaycan tarixi” layihəsi çərçivəsində Azərbaycan, rus və ingilis dillərində tərtib edilən “Azərbaycan Xalq Cümhuriyyəti” elektron resursu müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət olan, dövlətçilik tariximizə parlaq səhifələr yazan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi irsini öyrənənlər üçün dəyərli mənbədir. 

Elektron resurs “Yaranması və fəaliyyəti”, “Sənədlər”, “Resurslar”, “E-kitablar” adlı 4 əsas və 20 yarım bölmədən ibarətdir.