Süni intellektin potensialı və əhəmiyyəti getdikcə artır. Belə ki, Almaniyada ilk dəfə Nəqliyyat Nazirliyi və Rəqəmsal İnfrastruktur Komissiyası tərəfindən avtonom avtomobillər üçün etik qaydalar toplusu hazırlanıb. Oxşar proseslər ABŞ-da və digər inkişaf etmiş ölkələrdə də müşahidə olunur.
techcult.ru saytının məlumatına əsasən, Birləşmiş Ərəb Əmirliklərində süni intellekt naziri vəzifəsi təsis edilib. Bu vəzifəyə 27 yaşlı Ömər Bin Sultan Əl-Olama təyin edilib.
BƏƏ-nin vitse-prezidenti, baş nazir Şeyx Məhəmməd Bin-Rəşid Əl-Maktum bu qərarın gələcəyin elm və texnologiyalarının inkişafında yeni mərhələ olduğunu bildirib. Onun sözlərinə görə, dövlət uzun müddətdir ki, müasir texnologiyalara böyük həcmdə sərmayələr yatırır. Artıq yaxın vaxtlarda BƏƏ-nin paytaxtı Dubayda robot-polislər, 2030-cu ildə isə ölkənin yolları və səmalarında minlərlə avtonom yerüstü və uçan avtomobillər meydana çıxacaq. Yeni nazirin təyin edilməsi BƏƏ-nin süni intellekt sahəsində dünya liderləri sırasında olması üçün vacibdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.