Süni intellekt erası reallığı dəyişdirəcək və bəşəriyyətə mövcudluğun yeni səviyyəsinə nail olmağa imkan verəcək.
Bu haqda sərbəst şəkildə süni intellekt sistemləri yaradan alqoritmin hazırlandığı “Google” texnologiya korporasiyasının nümayəndələri bildiriblər. Belə ki, bu yaxınlarda proqramçılardan daha mükəmməl sistem yaradaraq öz istehsalçılarını belə təəccübləndirən “AutoML” layihəsi hazırlanıb.
“AutoML” şəkillərin kateqoriyalaşdırılması üçün alqoritm yaratdı. Bu, bizim aparıcı proqramçılarımız tərəfindən hazırlanmış alqoritmdən daha effektiv oldu. Qeyd etmək lazımdır ki, bu, olduqca sadə tapşırıqdır. “AutoML” isə öz üstünlüyünü təsvirlərdə obyektlərin nişanlanması üçün sistemin yaradılması kimi daha mürəkkəb alqoritmlərdə də göstərib”, – deyə “Google” şirkətindən bildirilib.
planet-today.ru saytının məlumatına görə, mütəxəssislər “AutoML”in insanları geridə qoyduğu sahənin kifayət qədər mürəkkəb olduğunu söyləyiblər. “Google” proqramçılarının bəziləri bu sahədə işləməyə imkan verən təcrübəyə malikdir. Bu kimi mürəkkəb alqoritmləri hazırlamağı bacaran süni intellektin yaradılması mühüm praktiki nəticələrə gətirib çıxara bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.