“Qualcomm Technologies” şirkəti mobil qurğular üçün 5G şəbəkəsində rabitə üçün ilk modemi təqdim edib. “Qualcomm Snapdragon X50 5G” çipseti 28 QHs-də işləyən “mmWave” tezliklər zolağında 1 QB-lik sürəti və qoşulmanı təmin edir.
ferra.ru saytının məlumatında bildirilir ki, bu, faktiki olaraq smartfonlar üçün ilk 5G-modemdir. Bundan əvvəl yalnız kiçik və orta biznes üçün qutu şəklində modemlər mövcud idi. Artıq bütün imkanlar smartfonlara tətbiq edilir. Hələ ki, yeni əlaqə növünün üstünlüklərindən istifadə edə bilən yeganə smartfon “LG V30” modelidir. Cari ilin sonunadək və növbəti ilin başlanğıcında bu kimi modellər istehsal ediləcək.
Şirkətin planlarına əsasən, “Snapdragon X50 5G NR” seriyasına məxsus modemlər 2019-cu ilin birinci yarısından başlayaraq, 5G-smartfonlarda və beşinci nəsil rabitə şəbəkələrində istifadə olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.